18 yaşlı oğlan hadisə yerində öldü - BƏRDƏDƏ

Bərdədə avtomobil 18 yaşlı gənci vuraraq öldürüb.

APA TV-nin Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Yenidaşkənd kəndində qeydə alınıb. 

Kənd sakini Şairov Rizvan Vaqif oğlu idarə etdiyi  10-VP-768 dövlət nömrə nişanlı  "QAZ-31" markalı minik avtomobili ilə yolu kecmək istəyən 2000-ci il təvəllüdlü  Xəlil Məmmədovu vurub.

Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd