Avropa İttifaqı ABŞ mallarına əlavə rüsumlar qoyur - QALMAQAL BÖYÜYÜR
Avropa İttifaqı (Aİ) ABŞ-dan idxal olunan mallara əlavə rüsumlar tətbiq edəcək.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, qurum artıq bu barədə Ümumdünya Ticarət Təşkilatını (ÜTT) xəbərdar edib.
Xatırladaq ki, bir qədər əvvəl Avropa Komissiyası 20 iyuldan etibarən ABŞ-dan idxal edilən məhsullara 25 faizlik rüsum tətbiqinə daxir qərar verib.
Qurumdan bildirilib ki, sonrakı proseslər nəticəsində 2021-ci ilin martından bu qərarın ya ləğv olunacağı, ya da rüsumların 50 faizədək artırılacağı məlum olacaq.