İran Avropaya da xəbərdarlıq etdi - URANI ZƏNGİNLƏŞDİRƏRİK

"Avropa birgə fəaliyyət planından imtina edərsə, uranın zənginləşdirilməsi davam edəcək".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu ölkənin Atom Enerjisi Agentliyinin rəhbəri Əli Əkbər Salehi deyib.

 

Ə. Salehi deyib ki, ölkəsi beynəlxalq öhdəliklərə sadiqdir. Bununla belə o ölkəsinin ABŞ-ın növbəti addımlarını gözləyəcəyini, məhz bundan sonra uranın zənginləşdirilməsinə davam edib-etməmək barədə qərar veriləcəyini açıqlayıb.

 

Qeyd edək ki, mayın əvvəlində ABŞ prezidenti Donald Tramp ölkəsinin nüvə anlaşmasından çıxdığını açıqlayıb.



 

Müəllif | Apa.Tv
Fərid Rəsulov