"Jiquli" traktorla toqquşdu, sürücü öldü - AĞCABƏDİDƏ

Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb.

Ağdam rayon sakini Qəhrəmanov Qırımxan Qəhrəman oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil “Belarus” markalı traktorla toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü Q.Qəhrəmanov hadisə yerində həyatını itirib, onun sərnişini Cavadov Rəşad İlqar oğlu isə müxtəlif bədən xəsarətləri ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv