Gəncədə avtomobil yanıb, sahibi də xəsarət alıb

Gəncədə "Ford" markalı kiçiktutumlu yük avtomobili yanıb, bir nəfər yanıq xəsarətləri alıb. APA TV-nin qərb bürosunun xəbrinə görə, yanğın şəhərin Nizami rayonunda baş verib.

Gecə saatlarında evlərdən birinin həyətində qeydə alınmış hadisə zamanı avtomobilin mühərriki, salonu və ön təkərləri yanıb. Alov yaxınlıqda dayanmış “İJ” markalı yük avtomobilinə də ziyan vurub. Yanğın zamanı alovu söndürmək istəyən "Ford"un sahibi yanıq xəsarəti alıb.

Əraziyə FHN-in yanğınsöndürənləri çağırılıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb, avtomobillərin qalan hissələri və yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv