Tovuzda yeniyetmə atasının avtomobili ilə qəza törədib - YARALILAR VAR

Tovuzda iki minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Tovuz şəhərində qeydə alınıb.

Tovuz sakini, 2001-ci il təvəllüdlü Məmmədov Ravil Natiq oğlu valideyninə məxsus avtomobili idarə edən zaman idarəetməni itirib və avtomobil başqa bir minik avtomobili ilə toqquşub. Qəza zamanı 3 nəfər Əlibəyli kənd sakini - 1982-cil il təvəllüdlü Gülməmmədov İlqar Əmirxan oğlu, 1972-ci il təvəllüdlü Qurbanova Mahirə Ənvər qızı və 1961-ci il təvəllüdlü Mehdiyeva Sürəyya Ənvər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qazax rayon Diaqnostika Mərkəzinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv