ABŞ və Çin atəşkəs elan etdi - NEFT BAHALAŞIR

Neft yeni həftəyə bahalaşma ilə başlayıb.

 

APA TV-nin məlumatına görə, ilk seanslarda dəyər qazan "Brent" nefti 79 dolları keçib. Hazırda bu markadan olan neft 79,09 dollara satılır. Qərbi Texas nefti də bahalaşaraq 71,89 dollardan təklif olunur.

 

Qiymətlərə təsir edən hadisələrdən biri ABŞ-la Çinin ticarətdə razılaşma əldə etməsidir. ABŞ-ın xəzinə naziri Stiven Mnuçin bazar günü açıqlamasında iki ölkə arasında müşahidə olunan  ticarət müharibəsində atəşkəs elan olunduğunu deyib.

 

Sözü gedən gərginlik beynəlxalq bazarın böyüməsinə mane olacaq amildir. Bazar böyüdükcə neftə tələbat artır. Bu üzdən iki ölkə arasındakı razılaşma qiymətlərə müsbət təsir edir.

 

Səudiyyə Ərəbistanının neft naziri Xalid Əl-Falih isə bu həftə rusiyalı həmkarı Aleksandr Novakla görüşərək qiymətlər daxil ümumilikdə neft sektorundakı mövzuları müzakirə edəcəklər.

Müəllif | Apa.Tv
Elvin Bayramlı