Maduro yenə prezident oldu, müxalifət ölkəni tərk edir

Venesuelada prezident seçkiləri keçirilib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Nikolas Maduro yenidən ölkənin prezidenti seçilib.

 

Venesuela Milli Seçki Şurasının sədri Tibisay Lusena bildirib ki, N. Maduro seçicilərin 68 faizinin səsini toplayaraq qələbə qazanıb.

 

Müxalifət lideri Henri Falkon isə 2-ci olub. Açıqlamasında Henri Falkon seçkiləri tanımayacağını və gün ərzində ölkəni tərk edəcəyini deyib.
 

Qeyd edək ki, 2013-cü ildən bəri ölkəni idarə edən Nikolas Maduro 2025-ci ilədək prezident vəzifəsini icra edəcək.

 

 

Müəllif | Apa.Tv
Hikmət Zeynallı