Yəhudilər Qüdsdə Məscidül-Əqsaya girdi

Qüdsdə yəhudilər Məscidül-Əqsaya daxil olub.

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, İsrail polisinin nəzarəti altında hərəkət edən 284 nəfərlik qrup məscidin Əl-Məqarib qapısından Harem-i Şərifin həyətinə girib.

Qüds İslami Vəqflər İdarəsinin mətbuat katibi Firas Dibs bunu hücum kimi dəyərləndirib.

Onun sözlərinə görə, yəhudilər müsəlmanlar üçün xüsusi önəm kəsb edən məscidin həyətində ayinlər keçirərək Harem-i Şərifin dəyərini təhqir ediblər.

İsrailin nəzarətinə keçən Şərqi Qüdsün qədim şəhər bölgəsində yerləşən Məscidül-Əqsa müsəlmanların ilk qibləsi kimi tanınır.

Yəhudilər Məscidül-Əqsa ərazisində Süleyman peyğəmbərin məbədinin qalıntılarının olması iddiası ilə arxeoloji qazıntılar aparır, həmçinin məscid ərazisində özlərinin də ibadət etmə haqlarının olduğunu bildirirlər.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı