Ramazanın 5-ci günündə məscid yandırıldı - TƏXRİBAT

İsveçdə məscid yandırılıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, İsveçin cənubunda Hesselxolm qəsəbəsində 200 yerlik məsciddə yanğın baş verib.

Yanğın nəticəsində xəsarət alan olmasa da, məscidə ciddi ziyan dəyib.

Hadisə şahidlərinin məlumatına görə, yanğın kimliyi məlum olmayan bir şəxs tərəfindən qəsdən törədilib.

Hessenxolm İslam Dərnəyindən isə bildirilib ki, Ramazan ayı ərəfəsində belə bir hadisənin baş verməsi bölgədəki müsəlmanların ibadətinə mane olmaq üçün qəsdən planlaşdırılıb.   

Qeyd edək ki, Hesselxolm əyalətinin müsəlman əhalisi ibadət üçün məhz bu məscidə gəlir.

Müəllif | Apa.Tv
Hikmət Zeynallı