PA şöbə müdiri: "İnternet 5-ci hakimiyyət kimi qəbul olunur"
Azərbaycan gəncləri bütün mümkün platformalardan ölkənin təbliği üçün istifadə etməlidir. APA TV-nin xəbərinə görə, Prezident Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib ki, statistikaya görə, hazırda facebook-da 1 milyon 200 mindən çox, tvitter-də onminlərlə azərbaycanlı istifadəçi qeydiyyatdan keçsə də, bəzən gənclərin təşəbbüskarlıq səviyyəsi tam qaneedici səviyyədə olmur: "Azərbaycan əhalisinin 70%-ə yaxını internetə çıxışa malikdir, bu rəqəm getdikcə daha da artacaq. İnternet artıq dünyada 5-ci hakimiyyət kimi qəbul olunur".
Elnur Aslanov vurğulayıb, Azərbaycana qarşı formalaşdırılan streotiplərin arxasında yenə erməni lobbisinin böyük rolu durur: "Azərbaycanın müstəqil siyasətinin bəzi qüvvələr tərəfindən bəyənilməməsi, həzm edilməsi- Azərbaycanı özlərindən asılı vəziyyətə salmaq istəyənlərin hər dəfə uğursuzluğa düçar olması onları bəzən az qala qisas almağa sövq edir. Bütün bunların qarşısında güclü vətəndaş amili, dövlət-vətəndaş birliyi ən böyük səddir".
Onun sözlərinə görə, gənclər də milli maraqların müdafiəsi üçün hər cür fədakarlığa getməyə hazır olmalıdır.