Kərkük ayağa qalxdı: "Seçkilərin nəticələri saxtalaşdırılıb"
Seçkilərdən sonra Kərkükdə gərginlik artıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Kərkükün türkmənlər və ərəblərdən ibarət əhalisi 12 may tarixində keçirilən seçkilərdə saxtakarlıq edildiyini iddia edir və səslərin yenidən sayılmasını istəyirlər.
Etiraz aksiyaları çərçivəsində əhali səsvermə məntəqələri qarşısında çadırlar quraraq 24 saatlıq aksiyalara başlayıblar. "Seçkiləri tanımırıq!" şüarları səsləndirən etirazçılar qanun pozuntularının aşkarlandığını iddia edirlər.
İraq Türkmən Cəbhəsi təşkilatı Türkiyə və BMT-nin məsələyə qarışmayınca etirazların dayanmayacağını qeyd edib.