Görkəmli yazıçı Mir Cəlal Paşayevə həsr olunmuş müsabiqə başa çatdı

Bakı Dövlət Universitetində yazıçı və ədəbiyyatşünas Mir Cəlal Paşayevin 105 illiyinə həsr olunmuş “Mir Cəlal görkəmli yazıçı və ədəbiyyatşünas kimi” mövzusunda məqalə müsabiqəsinə yekun vurulub. APA TV-nin xəbərinə görə, tədbir Aşıq Şəmşir Mədəniyyət Ocağı Birliyi və Bakı Dövlət Universitetinin birgə layihəsi əsasında təşkil olunub.

 

Universitetin rektoru Abel Məhərrəmov Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatının inkişafındakı rolundan, həyatındakı çətinliklərə baxmayaraq, göstərdiyi xeyirxahlıqlardan danışıb.

 

“İlahiyyat” fakültəsinin dekanı Vasim Məmmədəliyev, “Aşıq Şəmşir” Mədəniyyət Ocağının sədri Qəmbər Şəmşiroğlu və Bakı Dövlət Universitetininkafedra müdiri Mir Cəlal paşayevin qızı Ədibə Paşayeva, eləcə də universitetin müəllim və ziyalıları xatirələrini bölüşüblər. 

 

Sonda müsabiqənin qalibləri mükafatlandırılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv