İranda göbələkdən kütləvi zəhərlənmə: 800-dən artıq şəxsin durumu ağırdır
İranın qərbində göbələkdən kütləvi zəhərlənmə qeydə alınıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə nəticəsində 11 nəfərin öldüyü, 800-dən çoxunun xəstəxanalara çatdırıldığı bildirilir.
Həkimlər zəhərlənmənin bu növünün müalicə olunmadığını, zərərçəkənlərin əksəriyyəti üzərində qaraciyər köçürülməsi əməliyyatının aparılacağını açıqlayıb.
İlkin ehtimala görə, hadisə yerli sakinlərin qidalanmaq üçün yanlışlıqla zəhərli göbələyi toplayaraq istifadə etməsi nəticəsində baş verib.
Hazırda müvafiq nümunələr götürülərək laboratoriyaya göndərilib.