Salyan sakini narkotik vasitə ilə saxlanıldı - SATIRMIŞ
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, əməliyyat tədbirləri zamanı Salyan şəhər sakini Hünər Əsgərov şübhəli şəxs qismində saxlanılıb.
Polis şöbəsində onun üzərinə baxış keçirilərkən 6 ədəd sellofan bükümdə narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Ümumilikdə isə Hünər Əsgərova məxsus 42,344 qram narkotik vasitə olan tiryək maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.
İlkin dindirilmə zamanı o, törətdiyi cinayəti etiraf edərək, narkotik vasitənin satışı ilə də məşğul olduğunu gizlətməyib.
Faktla bağlı Salyan Rayon Polis şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.