Türkiyədə fabrikdə yanğın olub
Türkiyənin Mersin şəhərində böyük ticarət mərkəzində yanğın baş verib. APA TV-nin "Euronews"a istinadən verdiyi xəbərə görə, soyuq hava deposunda meydana gələn yanğın sonradan toxuculuq fabrikinə də keçib.
Hadisənin dəqiq baş verməsi səbəbləri hələlik bilinmir. Yanğının qarşısını almaq üçün əraziyə çoxlu sayda yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub. Binadakı insanlar təcili evakuasiya edilib.
Yanğının söndürülməsi təxminən 4 saat davam edib. Nəticədə fabrikə böyük ziyan dəyib.