Naxçıvanda zəlzələ baş verib

Naxçıvan Muxtar Respublikası ərazisində 3,4 bal gücündə zəlzələ baş verib. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ bu gün, səhər saat 06:32 radələrində Naxçıvan şəhərində qeydə alınıb.

 

Yeraltı təkanın maqnitudası 3,4, özəyi yerin 7 km dərinliyində olub.

 

Zəlzələ Naxçıvan şəhəri və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova