Şassi açılmadı, təyyarə burnu üstündə eniş etdi - HADİSƏ ANI
Səudiyyə Ərəbistanının "Suudi Arabian Airlines" aviaşirkətinə məxsus təyyarə Ciddə şəhərinin hava limanında qəza enişi edib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Mədinədən Banqladeşin paytaxtı Dəkkəyə uçan təyyarənin qabaq şassisində nasazlıq yaranıb.
Pilotların cəhdinə baxmayaraq şassinin buraxılması mexanizmi işə düşməyib.
İnsident nəticəsində göyərtəsində 141 sərnişin və 10 ekipaj üzvünün olduğu təyyarədə xəsarət alan olmayıb.
Qeyd edək ki, təyyarənin kapitan pilotu türk əsilli Ümid Atlatırlar olub və o, təyyarəni burnu üzərində endirib.
Hadisənin səbəbləri araşdırılır.