ABŞ-da erməni kilsəsi qarət edilib
ABŞ-da erməni kilsəsi qarət edilib.
APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, Massaçusets ştatında 20 yaşlı şəxs axşam saatlarında erməni kilsəsinin qapısını qıraraq içəri daxil olub.
Daxil olmuş şikayət əsasında yerli polis orqanları axtarışlara başlayıb və şübhəli şəxsi saxlayıblar. Onun evinə baxış keçirilən zaman kilsədən götürdüyü əşyalar aşkar edilib.
Həmçinin qeyd olunur ki, erməni kilsəsinə basqın edən şəxs Çelmsford şəhərində yerləşən lüteran kilsəsini də qarət edib.