Mingəçevirdə mikroavtobus aşdı - 7 YARALI VAR

Mingəçevirdə ağır yol qəzası baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, "Ford" markalı sərnişin mikroavtobusu "Niva" markalı minik avtomobili ilə toqquşduqdan sonra aşıb.

Mikroavtobusun aşması nəticəsində 7 nəfər xəsarət alıb. Xəsarət alanların hamısı sərnişindir. Yaralılar Yaşar Nuriyev, İlhamə Həsənova, Ləman Həsənova, Humay Babayeva, Şərafət Aslanova, Adil Kərimli, Pənah Məmmədov, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.


Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv