Xurma yeyərkən diqqət! - ÖLÜMCÜL VİRUS AŞKARLANDI

Dünyanın ən ölümcül virusları arasında göstərilən "Nipah" virusu Hindistanda qeydə alınıb.

 

APA TV-nin məlumatına görə, bu ölkədə indiyə qədər azı 9 nəfər ölüb, 90-dan çox insan isə bu virusa görə karantinə yerləşdirilib. "Nipah" virusu sürətlə yayılan ölümcül virusdur. Yoluxanlar arasında 40-75 faiz ölümə səbəb olur.

 

Virusa yoluxan insanlarda istilik, baş və boğaz ağrısı, başın fırlanması, yorğunluq, şüurun itirilməsi kimi hallar müşahidə oluna bilər. Bu virus beyin və ağciyər hüceyrələrində ödəm əmələ gətirir və 75 faiz ölümə səbəb olur. Virusdan sağ qalan şəxslərdə beyin zədələnməsi əmələ gəlir. "Nipah" ilk dəfə Malayziyanın Nipah bölgəsində müşahidə edilib. Xurma və xurmadan hazırlanan şərbətlərdən virusa yoluxma ehtimalının olduğu bildirilir. Ən çox rast gəlinən ölkələr Sinqapur, Malayziya, Hindistan və Banqladeşdir.

 

Ümumdünya Səhiyyə Təşkilatı virusun dərmanla müalicəsinin mümkün olmadığını açıqlayıb. Ancaq müxtəlif qorunma vasitələrindən istifadə etmək olar.

 

Xəstəliyin bioloji silah olma ehtimalı haqqında şayiələr də gəzir.

Müəllif | Apa.Tv
Apa.tv