Yəmən husiləri dinc əhaliyə hücum etdi - 5 ÖLÜ, 20 YARALI
Yəməndə husilər mülki vətəndaşlara hücum edib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Yəmənin şərqində Marib əyalətində husilərin təşkil etdiyi hücum nəticəsində 5 nəfər ölüb, 20 nəfər ağır yaralanıb.
Yerli təhlükəsizlik orqanlarının verdiyi məlumata görə, husilərin atdığı raketlərdən biri Sarvah qəsəbəsindəki məhəlləyə düşüb. Həmçinin qeyd edilir ki, husilər bu bölgəni hərbi əməliyyatların çoxluğu səbəbi ilə tez-tez hədəf alır.
Qeyd edək ki, Marib əyaləti hökumət qüvvələrinin nəzarətindədir.