Dəməşq və ətrafı tamamilə Əsədin nəzarətinə keçdi
Suriyada daha bir bölgə tamamilə Əsəd qüvvələrinin nəzarətinə keçib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Suriya paytaxtı və ətrafı terrorçulardan təmizləyib.
Bölgə 7 ildir davam edən müharibədə ilk dəfə hökumətin nəzarətinə keçib. Bir müddət əvvəl Dəməşq ətrafında İŞİD terror təşkilatına qarşı əməliyyatlar başlamışdı. Terrorçular atəş altına alınmışdı. İŞİD üzvləri Yermuk düşərgəsindən də çıxarılıb.
Döyüşlərdən sonra Suriya ordusu qələbəni qeyd edib.