Lənkəranda "Jiquli" "KamAZ"la toqquşub, yaralılar var
Lənkəranda ağır-yol nəqliyyat hadisəsi olub. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayonun Bürcəli kəndindən keçən hissəsində baş verib. 90-NE-057 dövlət nömrə nişanlı "VAZ-2107" markalı minik avtomobili ilə 01-BE-732 dövlət nömrə nişanlı "KamAZ" markalı yük maşınının toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər - Lənkəran rayonunun Biləsər kənd sakini, 36 yaşlı Nahid Zeynal oğlu Həsənov, Bürcəli kənd sakini, 27 yaşlı Asim Natiq oğlu Feyziyev və onun həmkəndlisi, 26 yaşlı Elnur Baladdin oğlu Sovqatov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Asim Feyziyevin vəziyyətinin ağır olduğu bildirilir. O, qəza zamanı boyunun sağ nahiyəsinin kəsilməsi xəsarəti və ağır kəllə-beyin travması alıb. Asim Feyziyev və Elnur Sovqatov xəstəxananın reanimasiya şöbəsində həkim nəzarəti altında saxlanırlar. İlkin ehtimala görə, qəza "VAZ 2107" markalı avtomobilin ötmə əməliyyatı zamanı əks hərəkət zolağına çıxması səbəbindən baş verib. Faktla bağlı araşdırma aparılır.