Vüqar Gülməmmədov: "Dövlət borcunun 93,9 faizi xarici borcların payına düşür"

Hesablama Palatası 2017-ci ildə 127 dövlət qurumuna ayrılmış büdcə vəsaitləri ilə bağlı məlumatların təhlilini aparıb ki, bu da büdcə xərclərinin 74 faizini təşkil edir.

 

APA TV-nin məlumatına görə , bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov məlumat verib.

 

"Büdcə xərclərini icrasına təsir edən amillərdən biri də debitor və kreditor borclardır"- deyən  Vüqar Gülməmmədov əlavə edib ki, ötən il debitor borclar azalsa da, aktuallığını saxlayıb.

 

Vüqar Gülməmmədov dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan vəsaitin az olması məsələyə də aydınlıq gətirib:

 

"Dövlət büdcəsindən ümumilikdə səhiyyə xərclərinə 1,7 milyarddan bir az artıq vəsait ayrılıb. Burada vəsaitini xərclənməməsinin səbəbləri müxtəlif ola bilər. Bu proqnozlaşmadan da irəli gələ bilər, icra dövründə xərcləri təsdiq edilən sənədlərin tam təqdim edilməməsi ilə də izah oluna bilər. Səhiyyə xərclərinin içərisində dövlət proqramlarının xüsusi əhəmiyyəti daha böyükdür. Biz hesab edirik ki, Hesablama Palatası büdcənin icrası ilə bağlı təqdim edilən rəylərdə də dövlət proqramlarında səhiyyə xərclərinin xüsusi çəkisinin yüksək olmasını dəfələrlə vurğulanıb".

 

Hesablama Palatasının sədri deyib ki, 2017-ci ilin sonuna kimi ümumu dövlət borcu 17 mlrd. manat təşkil edir ki, bunun da 93,9 faizi xarici dövlət borcudur".

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı