Tramp Kim Çen Inla görüşə hərbi donanma ilə gedir - TƏHLÜKƏSİZLİK BAXIMINDAN
ABŞ hərbi donanması Donald Tramp və Kim Çen Inın görüşü zamanı Sinqapur sahillərində lövbər salacaq.
APA TV-nin "Reuters"ə istinadən məlumatına görə, bu barədə ABŞ hərbi dəniz qüvvələri xəbər yayıb.
Donanma gələn həftənin çərşənbə axşamı Yaponya sahillərindən hərəkət edərək Şərqi Asiya ölkəsində keçiriləcək görüş zamanı Şimali Koreya və ya başqa bir ölkənin hücum ehtimalına qarşı ehtiyat tədbirləri çərçivəsində hərəkət edəcək.
Donanmada artıq hazırlıq işləri yekunlaşdırılır və tam döyüş vəziyyətinə gətirilir.
Qeyd edək ki, Şimali Koreya hökuməti ABŞ və Cənubi Koreyanın yarımadada keçirdikləri hərbi əməliyyatlardan narahatdır və bu tədbirləri gərəksiz hesab edir.
Həmçinin qeyd edilir ki, lazım gələrsə ABŞ-ın 7-ci donanmasının heyətində olan gəmilər də ehityat məqsədilə Sinqapur sahillərinə gətirilə bilər.