"Krıtı Vüsal"dan 2,6 kiloqram tiryək götürüldü - ƏMƏLİYYAT
Yardımlı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
APA TV-nin Cənub bürosunun verdiyi məlumata görə, mayın 19-da Yardımlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Jiy kəndi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 nəfər - Masallı şəhər sakini Zaur Nuriyev, əvvəllər məhkum olunmuş Orxan Dəyyanov və Vüsal Nuriyev saxlanılıblar. Onlardan 3 bükümdə narkotik vasitə aşkar edilərək götürülüb. Ekspertizaya təqdim olunan narkotik vasitənin ümumi çəkisi 2 kiloqram 610 qram tiryək olması barədə rəy verilib.
"Saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdi. Rayon polis şöbəsində onlardan 2610 çəkidə küllü miqdarda narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb".
Faktla bağlı Yardımlı Rayon Polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. Qeyd edək ki, Vüsal Nuriyev cinayətkar aləmdə “Krıtı Vüsal” kimi tanınır.