Kürdəmirdə avtomobil aşdı, sürücü və sərnişin xəsarət aldı
Kürdəmirdə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APATV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunun 203-cü kilometrliyində, Kürdəmir rayonunun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.
Kürdəmir rayonunun Karrar kənd sakini, 1991-cı il təvəllüdlü Əliyev Elvin Şəmsəddin oğlu idarə etdiyi "Mercedes" markalı minik maşını ilə Qazax istiqamətində hərəkətdə olarkən avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sürücü E.Əliyev və sərnişini, 1994-cü il təvəllüdlü Bayramlı Ceyhun Akif oğlu müxtəlif dərəcəli xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.