Cəlilabadda idarəetmədən çıxan avtomobil dirəyə dəydi - YARALILAR VAR
Cəlilabadda minik avtomobili dirəyə çırpılıb, 2 nəfər xəsarət alıb. APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, hadisə şəhərin Mehdi Hüseyn küçəsində qeydə alınıb.
Rayon sakininin idarə etdiyi “VAZ 2106” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və yolun kənarındakı dirəyə çırpılıb. Nəticədə avtomobildə olan Hüseyn Həsənov və Mehdi Abdullazadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb, avtomobil isə deformasiyaya uğrayıb.
Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım xidmətinin həkimləri cəlb olunub. Yol qəzası nəticəsində xəsarət alanlar Cəlilabad rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanada onlara ilkin tibbi yardım göstərildikdən sonra H.Həsənov travmatologiya şöbəsinə yerləşdirilib, M.Abdullazadə isə paytaxt xəstəxanalarından birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.