İraq parlamentində şiələrin qələbəsini ABŞ təmin edib - ETİRAF

İraqda parlament seçkilərində qalib gəlmiş şiə lideri Müqtəda əs-Sədrin bəzi ABŞ-dan olan məsul şəxslərlə görüşdüyü ortaya çıxıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə Müqtəda əs-Sədrin rəhbərlik etdiyi təşkilatın siyasi büro üzvü Ziya Əsəd xəbər verib.

O qeyd edib ki, Müqtəda əs-Sədr seçkilərdən öncə bir neçə amerikalı diplomatla görüşüb və onların dəstəyini alıb.


Xatırladaq ki, İraqda 12 may tarixində keçirilən parlament seçkilərində Müqtəda əs-Sədrin dəstəklədiyi koalisiya məclisdə 329 mandat əldə edib və bununla da ölkədə lider qüvvəyə çevrilib.


Bunun ardından isə İraq türkmənləri etiraz aksiyalarına başlayıb və seçkiləri tanımadıqlarını bəyan ediblər.

 

Müəllif | Apa.Tv
Hikmət Zeynallı