Ermənistan ordusunun əsgəri öldürülüb
Ermənistan ordusunun əsgəri qətlə yetirilib.
APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, hadisə ölkənin cənub-qərbində yerləşən hərbi hissələrdən birində qeydə alınıb.
1998-ci il təvəllüdlü əsgər Martin Xaçatryanın meyiti xidmət etdiyi ərazidə tapılıb.
Onun qarın nahiyəsində güllə yarası aşkarlanıb.