Zəhərlənən sabiq polkovnikin qızı müsahibə verdi: "Bəxtimiz çox gətirdi"
Martın 4-də İngiltərənin Solsberi şəhərində atası ilə birgə naməlum maddədən sinir iflici keçirərək zəhərlənən Yuliya Skripal sui-qəsd cəhdindən sonra ilk dəfə müsahibə verib.
APA TV-nin məlumatına görə, bu barədə “Sky News” xəbər verib.
“Bəxtimiz çox gətirdi ki, bu sui-qəsd cəhdindən sağ çıxdıq. Bizim sağalmağımız çox çətin və ağır idi”, - deyə Y.Skripal qeyd edib.
Rusiya səfirliyinin yardımına ehtiyacı olmadığını deyən 33 yaşlı qadın uzun müddətli perspektivdə ölkəsinə dönməyə ümid etdiyini bildirib.
Qeyd edək ki, Sergey Skripal mayın 18-də, onun qızı isə aprel ayında xəstəxanadan buraxılıb.