Erkən nikahın fəsadları
Erkən nikah hallarının azaldılması məqsədilə yerli səviyyədə dövlət qurumlarının qarşılıqlı fəaliyyətinin gücləndirilməsi istiqamətində Lənkəran və Masallının 9 kəndində maarifləndirmə tədbirlər keçirib. APA TV-nin xəbərinə görə, Ailə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Pərviz Əliyev bildirib ki, müraciət edən problemli ailələrin əksəriyyəti erkən yaşda ailə quranlardır. Onların çoxunun rəsmi nikaha daxil ola bilmədiklərindən sənəd işləri problem olur: "2012-ci ildə 3200 müraciət olub. Ancaq ondan əvvəlki il 4300 fakt var idi".
Komitə rəsmisinin sözlərinə görə, 2011-ci ildə Cinayət Məcəlləsində edilən dəyişikliyə əsasən, valideynlərin qızlarını erkən nikaha cəlb etməsi cinayət məsuliyyəti yaradır. Həmin valideynləri 4 ilə qədər azadlıqdan məhrum etmə və ya 3000 manatdan 4000 manata kimi cərimə gözləyir. Lakinindiyədək bu işə görə məsuliyyətə cəlb edilən olmayıb.