Məhkəmədən Donald Trampa "Twitter" qadağası - HEÇ KİMİ BLOKLAYA BİLMƏYƏCƏK

ABŞ məhkəməsi ölkə prezidenti Donald Trampa "Twitter"lə bağlı qadağa tətbiq edib. Qadağa prezidentə sosial şəbəkədə onu tənqid edən istifadəçiləri "qara siyahı"ya salmağa (bloklamağa) icazə vermir.

APA TV-nin "CNN" telekanalına istinadən xəbər verir ki, hələ 2017-ci ildə D.Trampın blokladığı 7 nəfər prezident tərəfindən "arzuolunmaz şəxs" hesab edilmək istəmədiklərini və müzakirələrə açıq qalmaq imkanlarını əsas gətirərək məhkəmədə iddia qaldırıb. Onların fikrinə görə, siyasi liderin şəxsi mikrobloqu ictimai mübahisə və müzakirələr üçün həmişə açıq qalmalı, insanların sərbəst fikir mübadiləsi imkanlarını əks etdirməlidir. İstifadəçilər arasında hətta dünya görüşü və siyasi düşüncəsi fərqli olanlar da mövcud ola bilər. Bu isə onların "qara siyahı"ya salınmasına səbəb olmamalıdır.

Məsələyə məhkəmədə də baxılıb və iddiaçıların şikayəti haqlı hesab edilib. Hakim hətta ölkə prezidentinin də bu qaydalara riayət etməli olduğunu vurğulayıb.

Müəllif | Apa.Tv
Apa.tv