Qondarma "erməni soyqırımı" İsrail parlamentində - TÜRKİYƏYƏ QARŞI ADDIM
İsrail parlamentində Türkiyə ilə münasibətlərin gərginləşməsi fonunda qondarma “erməni soyqırımı”nın tanınması ilə əlaqədar plenar iclas keçiriləcək. APA TV-nin xəbərinə görə, bu barədə Knessetin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, müvafiq təkliflə solçu “Merets” partiyasının lideri Tamar Zandberq çıxış edib.
Məsələnin əvvəllər olduğu kimi komissiyada deyil, parlamentin tam heyətlə müzakirəsinə iclasda iştirak edən 16 deputat lehinə səs verib. Debatların tarixi hələ ki təyin edilməyib.
Bu ilin fevralında İsrail Knesseti qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qanun layihəsini rədd edib.
Xatırladaq ki, ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsi İsrail-Türkiyə münasibətlərinin son dövrlər yenidən gərginləşməsinə səbəb olub.