Bakıda silahlı şəxslər tutuldu - TAPANÇA, BIÇAQ...
Sabunçu rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinə paytaxt sakini, əvvəllər məhkum olunmuş Rüfət Quliyevdə odlu silah-sursat olması barədə məlumat daxil olub.
APA TV-nin məlumatına görə, keçirilən əməliyyat nəticəsində həmin şəxs saxlanılıb.
Rüfət Quliyevdən 1 ədəd "Makarov" markalı tapança və içərisində 1 ədəd patron olan daraq aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində odlu silah-sursatın ona məxsus olduğunu etiraf edib.
Digər əməliyyat nəticəsində isə narkotik vasitələrin alqı-satqısı və qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər tutulub. Bakı şəhər sakinləri - əvvəllər məhkum olunmuş Mehrac Zərbalıyev, Tural Quliyev və Gəncə şəhər sakini Ruhin Şabanov saxlanılıb. Onlardan ümumilikdə 12 qrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin 1 ədəd bıçaq aşkar olunaraq götürülüb.
Saxlanılanların kriminal keçmişə malik olmaları nəzərə alındığından onların digər cinayətlərdə iştirakı istisna olunmur.