Qazaxda 3 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib

Qazaxda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, rayonun Ürkməzli kəndinə gedən yolda minik avtomobilinin qəzaya uğraması nəticəsində Qazax şəhər sakinləri, 1967-ci il təvəllüdlü Aləmzar Hüseynova, 1961-ci il təvəllüdlü Gülsabə İsmayılova və onun oğlu, 1997-ci il təvəllüdlü Asəf Əliyev bədən xəsarətləri alaraq, Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

 

Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli