İddia: Ukrayna səmasındakı təyyarə Rusiya istehsalı olan raketlə vurulub

Ukraynada vurulan təyyarə Rusiya istehsalı raketlə vurulub.

 

APA TV-nin "Reuters"ə istinadən məlumatına görə, sərnişin təyyarəsinin rus istehsalı silahla vurulması dəqiqləşib.

Xatırladaq ki, "Malaysia Airlines"ə məxsus təyyarənin vurulması nəticəsində 298 nəfər ölmüşdü.

 

Malayziya Hava Yollarına aid MH17 təyyarəsi 2014-cü ilin 17 iyulunda Hollandiyadan havalandıqdan sonra Ukraynanın şərqində vurulub. Təyyarənin vurulduğu Rusiya istehsalı BUK raketi  Rusiyadan gətirilən raketatan aparatdan buraxılıb. Hadisədən sonra təyyarənin qalıqları kilometrlərlə ölçülən əraziyə yayılıb.

 

Cinayət işinin araşdırması tamamlanıb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı