Rusiya nüvə raketlərini sualtı qayıqlara yerləşdirdi - TƏLİM ATIŞLARI

Rusiya yeni qitələrarası ballistik raketlərini sualtı qayıqlara yerləşdirib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Rusiya Müdafiə Nazirliyi sualtı qayıqlarda yerləşdirdiyi raketlərin təlim məqsədli vuruşlarının görüntülərini yayıb.

 

4 raket zərbəsi ilə həyata keçirilən təlimlər uğurla başa çatıb.

 

Xatırladaq ki, 2 və daha çox nüvə başlıqlara sahib ballistik raketlər 9300 km məsafədəki hədəfləri rahatlıqla vura bilir.

 

Qeyd edək ki, "Bulava" adlandırılan raketlər "Yuriy Dalgurki" adlı sualtı qayıqlarda quraşdırılıb. 

Müəllif | Apa.Tv
Hikmət Zeynallı