Bakıda ZAVODDA GÜCLÜ YANĞIN
Bakının Nərimanov rayonu, Dərnəgül şossesi, 10 saylı Cəzaçəkmə Müəssisəsinin yaxınlğında yerləşən metal qəbul edən zavodda yanğın baş verib. APA TV-nin məlumatına görə, yanğın güclü olduğundan hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə İdarəsinin Nərimanov Rayon Hissəsinin 10-a yaxın yanınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Zavodun bir neçə sexini əhatə edən yanğının söndürlülməsi məqsədi ilə Dövlət Yanğından Mühafizə İdarəsinin Nizami Rayon Hissəsindən də, əlavə yanğınsödürənlər olay yerinə çağırılıb. Yanğınla bağlı zavoda girişə məhdudiyyət qoyulub. Yalnız yanğınsöndürən maşınlarn buraxıldığı zavod ərazisindəki avtomobillər evakuasiya edilib. Yanğın söndürülərək güclü alovun zavod ərazisindəki digər tikililərə keçməsinin qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə İdarəsinin Nərimannov Rayon Hissəsinin əməkdaşlarının verdikləri məlumata görə, yanğının səbəbi aparılan araşdırmalar nəticəsində məlum olacaq.