Göyçayda 4 otaqlı ev yanaraq külə dönüb
Göyçayda fərdi yaşayış evi yanıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, bu gün rayonun Bığır kənd sakini Hacıyeva Kifayət Şamil qızına məxsus ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evdə yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı ev və içərisindəki əşyalar tamamilə yanaraq yararsz hala düşüb, mənzilin qarşısındakı 60 kvadratmetr sahəsi olan talvar xilas edilib. Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.