Dənizdə qayıqdan meyitləri tapılan şəxslərin kimliyi bilindi - 1 AY ƏVVƏL İTİBLƏR

Xəzər dənizində aşkarlanan rezin qayığın içərisindəki meyitləri tapılan 2 nəfərin şəxsiyyəti müəyyən olunub. APA TV-nin məlumatına görə, bunlar bir ay əvvəl Sumqayıt şəhəri ərazisindən dənizə çıxdıqdan sonra itkin düşmüş 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşfiq oğlu  və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğludur.

Qeyd edək ki, bu gün saat 13:00 radələrində Xəzər dənizində, sahildən təxminən 90 km içəriyə doğru içərisində 2 nəfərin meyiti olan rezin qayıq aşkarlanıb. Məlumat aidiyyəti qurumlara ötürülüb.

Bir qədər sonra Fövqəladə Hallar Nazirliyinin "Vixr-3" gəmisi qayığın tapıldığı əraziyə cəlb olunub. Meyitlər gəminin göyərtəsinə götürülüb və hazırda gəmi sahilə doğru hərəkət edir. Meyitlər və qayıq aidiyyəti üzrə təhvil veriləcək.​

Müəllif | Apa.Tv
Apa.tv