Ankarada hərbi sursat zavodunda partlayış - 1 ÖLÜ, 6 YARALI

Ankarada silah-sursat zavodunda partlayış baş verib. APA TV-nin "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə günorta saatlarında qeydə alınıb.

Şəhərin Almadağ qəsəbəsindəki raket və partlayıcı istehsal edən zavodda hələlik məlum olmayan səbəbdən partlayış olub. Nəticədə 1 nəfər dünyasını dəyişib, 6 nəfər isə yaralanıb. Onlardan üçünün vəziyyəti daha ağırdır. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv