Teatrın damı tamaşa vaxtı çökdü: 80 YARALI

İngiltərənin paytaxtı Londondakı “Apollo” teatrının damı tamaşa vaxtı çöküb. Hadisədə 7 nəfəri ağır olmaqla ən azı 80 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

APA TV-nin xəbərinə görə, hadisə yerinə axtarış-xilasetmə qüvvələri cəlb olunub və xəsarət alanlar arasında yoldan keçənlərin də olduğu qeyd edilib. Teatr rəsmilərindən biri hadisə vaxtı binada 720 tamaşaçı olduğunu deyib.

 

Müəllif | Apa.Tv
Apa.tv