Sərxoş şəxs damarlarını doğradı - LƏNKƏRANDA

Lənkəranda sərxoş kişi yolun ortasında qolunu və əlini kəsərək özünə ciddi xəsarət yetirib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

50 yaşlı Məhərrəmov Azad Əsgər oğlu axşam saatlarında sərxoş halda kəsici alətlə bilərəkdən sol qolunu və əlini kəsib. Hadisə yerinə təcili tibbi yardım stansiyasının əməkdaşları çağırılıb. Yaralı təcili tibbi yardım maşını ilə çoxlu qan itirmiş halda Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. A.Məhərrəmova lazımi tibbi yardım göstərildikdən sona o, xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyti isə orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv