Ermənistanda yeni Baş Qərargah rəisi təyin olundu

Artak Davtyan Ermənistan Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi təyin olunub.

 

APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, bu barədə Ermənistan prezidenti Armen Sarkisyan sərəncam imzalayıb.

 

A. Davtyan bu vəzifəni 5 il müddətinə icra edəcək.

 

Qeyd edək ki, Baş Qərargahın sabiq rəisi Movses Akopyan mayın 24-də işdən çıxarılıb.

Müəllif | Apa.Tv
Fərid Rəsulov