Putinin mətbuat konfransında 1300 jurnalist iştirak edib

Rusiya prezidenti Vladimir Putin rusiyalı və xarici jurnalistlər üçün geniş mətbuat konfransı keçirib. Putinin illik mətbuat konfransında 1300 jurnalist iştirak edib. Mətbuat konfransı Moskvanın Beynəlxalq Ticarət mərkəzində keçirilib.

APA TV-nin xəbərinə görə, Putin jurnalistlərin Snoudenlə bağlı sualları cavablandırarkən deyib ki, onlar heç vaxt Snoudenlə işləməyib. Rusiya sadəcə olaraq, ona sığınacaq verib.

Bu, Vladimir Putinin prezident olduğu dövrdə sayca 9-cu mətbuat konfransıdır. Konfrans 4 saat 30 dəqiqə davam edib. Bu müddət ərzində prezident jurnalistlərin bütün suallarını cavablandırıb.

Müəllif | Apa.Tv
Apa.tv