Fəttah Heydərov: "İbrahimbəyov kimisinə satqın da demək olar, nankor da..."

"Kiminsə mənsub olduğu xalqla bağlı iftiralar söyləməsi, bu məqsədlə yaradıcılığından istifadə etməsi təəssüfləndiricidir".

 

APA TV-nin məlumatına görə, bu fikirləri Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filmində azərbaycanlıların vəhşi, qəddar, riyakar, mədəniyyətsiz kimi təqdim olunmasına münasibət bildirən Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov söyləyib.

 

F. Heydərov deyib ki, R. İbrahimbəyov cılız məqsədlərini həyata keçirə bilmədiyi üçün xalqını aşağılayır:

 

"Belələrinə satqın da, nankor da demək olar. Bunu ancaq pisləmək olar. Bu gün Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan dünyada layiqli yerini tutub, dünyada tanınıb. Azərbaycanın dünyada tanındığı vaxtda belə addım satqınlıqdan, nankorluqdan başqa bir şey deyil".

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı