Kərkükdə İŞİD-lə döyüş: biri qadın olmaqla 8 terrorçu məhv edildi

Kərkükdə təhlükəsizlik qüvvələri ilə İŞİD arasında döyüş olub.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, nəticədə 8 İŞİD terrorçusu ölüb, 4 polis əməkdaşı yaralanıb.
 

Kərkük polisindən verilən məlumata görə, anti-terror əməliyyatı Riyad qəsəbəsində həyata keçirilib. Məhv edilən terrorçulardan biri qadındır.
 

Əməliyyatlar davam edir.

Müəllif | Apa.Tv
Apa.tv