Şəkidə bir sinfin bütün şagirdləri ali məktəbə qəbul olub - SİNİFDƏN BİRBAŞA AUDİTORİYAYA
Şəki şəhər 5 saylı orta məktəbin 11-ci sinfini bitirən 20 şagirdin hamısı bu il ali məktəblərə qəbul olub. APA TV-nin Şəki-Zaqatala bürosunun məlumatına görə, Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda 11A sinfinin şagirdlərindən 6 nəfər 650-dən, 1 nəfər 600-dən, 2 nəfər 500-dən, 6 nəfər 400-dən, 5 nəfər isə 350-dən yüksək bal toplayıb. Şagirdlərin hamısı iyul ayında keçiriləcək qəbul imtahanların ikinci turunda iştirak edib balını daha da yüksəltmək niyyətindədir.
Ümumilikdə bu il Şəkidə orta məktəbi bitirən şagirdlərdən 1200 nəfər ali məktəblərə qəbul imtahanlarında iştirak edib. Onlardan 61 şagird 600-dən , 154 şagird isə 500-dən yuxarı nəticə göstərib.